Rusiya və İngiltərə arasında yeni soyuq müharibə tufanı
İngiltərənin Rusiyanı ikitərəfli agentə qarşı istifadə etməkdə itthamlandırdığı sinir sisteminə qarşı yönəlmiş "Noviçok" qazı Rusiya və İngiltərə arasında yeni soyuq müharibə tufanı başladıbdır.
İngiltərənin baş naziri Tereza Mey bu ölkə parlamentinin aşağı palatasındakı çıxışında ötən otuz ildə Rusiyaya qarşı ən kəskin qərarları elan etdi ki, 23 rus diplomatın Londondan çıxarılması, ikitərəfli təmasların dayandırılması və İngiltərə rəsmilərinin Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında iştiraklarının boykot edilməsinə şamil olur. Bu şiddətli tədbirlər, çoxlarının sabiq SSRİ-nin dağılması ilə başa çatdığını zənn etdikləri soyuq müharibə dövrünün tufanlarını xatırladır.
Tereza Mey Rusiyanın bu hərəkətini İngiltərənin suverenliyinin pozulması və bu ölkə vətəndaşlarının qorxudulmaları adlandırıb. Moskva da bu barədə susmayıbdır. Belə ki, Vladimir Putindən tutmuş Sergey Lavrovadək olan rus rəsmilər və Rusiyanın digər məsul şəxsləri Londonun ittihamlarını rədd edərək, İngiltərənin tədbirlərini cavablandıracaqlarından xəbər veriblər.
Rusiya başçıları deyiblər ki, tezliklə İngiltərənin hərəkələtinə uyğun cavablar verəcəklər.