Mart 17, 2018 10:11 Asia/Baku
  • AB: Bütün tərəflər nüvə anlaşmasının tam icrası və sanksiyaların davamlı ləğvini vurğulayır
    AB: Bütün tərəflər nüvə anlaşmasının tam icrası və sanksiyaların davamlı ləğvini vurğulayır

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının 11-ci iclasının sonunda bildirib: Bütün tərəflər bu anlaşmanın təsirli icrası və nüvə ilə əlaqədar sanksiyaların ləğvinin davamlı icrasını vurğulayırlar.

İRNA-nın məlumatına görə, Helqa Şmidt bir bəyanatda bildirib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Nüvə Anlaşması və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən İranın nüvə məsələləri ilə əlaqədar öhdəlikləri, sınaq prosesləri və yoxlamalara nəzarət edir və indiyə qədər İran İslam Respublikasının nüvə anlaşmasına sadiq qalmasını 10 hesabatda təsdiqləyib. 

Bu bəyanata əsasən, birgə komissiya sülhməramlı nüvə əməkdaşlığı haqda nüvə anlaşmasının 3-cü əlavəsinin icrasını müzakirə edib və bu çərçivədə bu işin dəstəklənməsi üzrə nüvə anlaşmasının bəzi tərəflərinin addımlarını müsbət qarşılayır. 

Əhatəli Müştərək Təşəbbüs Proqramı üzrə birgə komissiyanın 11-ci iclası cümə günü İran, 5+1 qrupu, Avropa Birliyinin nümayəndəsinin iştirakı ilə keçirildi. 

Teqlər