Rusiya ABŞ-ı Rusiya Federasiyasının daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb
-
Rusiya ABŞ-ı Rusiya Federasiyasının daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb
Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonu prezident seçkiləri haqda Rusiyanın daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin Rusiya prezident seçkilərinin şəffaf olmayacağına dair iddiasının ardınca, Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonu bu ölkənin daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb.
Rusiyanın ABŞ-dakı səfirliyi bildirib: ABŞ Dövlət Departamentinin Rusiyanın daxili məsələərində müdaxilələrinin başqa bir nümunəsi müşahidə olunur və departament hazırda yalan xəbərlərə üz tutub.
Məlumata görə, Rusiya səfirliyi bildirib: ABŞ Rusiyada demokratiyaya zərbə vurmaq üçün bədxah səyə başlayıb. Amma heç nə əldə etməyəcək.
Rusiyanın ABŞ-dakı səfirliyi Rusiya prezident seçkilərinin şəffaflığına tam şəkildə zəmanət verir.
Rusiyada prezident seçkiləri 18 martda keçiriləcək.