Rusiyanın qərbində prezident seçkilərinə rəsmən start verilib
https://azeri.sahartv.ir/news/dünya-i299023-rusiyanın_qərbində_prezident_seçkilərinə_rəsmən_start_verilib
Paytaxt Moskva və qərb bölgələrdə seçki vaxtının başlanması ilə Rusiyada 7-ci prezident seçkilərinə rəsmən start verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2018 09:00 Asia/Baku
  • Rusiyanın qərbində prezident seçkilərinə rəsmən start verilib
    Rusiyanın qərbində prezident seçkilərinə rəsmən start verilib

Paytaxt Moskva və qərb bölgələrdə seçki vaxtının başlanması ilə Rusiyada 7-ci prezident seçkilərinə rəsmən start verilib.

İRİB-in Moskvadan verdiyi məlumata görə, Rusiyanın şərq və qərb bölgələri arasında 8 saatlıq fərq olduğuna görə, bu ölkənin uzaq şərqində səs toplanmasına gecə saat 00-00-da başlanmışdır. 

Rusiya mərkəzi seçki komissiyasının bildirdiyinə görə, səsverməyə səhər saat 8-də başlayır və saat 19-dək davam edəcək. Moskva və digər iri şəhərlərdə səsvermə vaxtının uzaldılacağı da istisna edilmir. 

Rusiya boyu 97 min seçki məntəqəsi müxtəlif ölkələrdə isə 141 məntəqədə səs toplanacaq. 

Rusiyanın 146 milyonluq əhalisindən 109 milyon nəfər səs vermək hüququna malikdir. 

Rusiyanın bu dəfəki prezident seçkilərində 7 namizəd hazırkı prezident Vladimir Putin ilə rəqabət aparacaq. 

Son rəysorğularına görə Putin bu seçkilərdə böyük fərqlə rəqiblərinə qalib gələcək.