Kataloniyada yerli dövlətin təşkilini tələb edən aksiya keçirilib
Minlərlə nəfər Barselonada aksiya keçirərək, bu məntəqədə yeni yerli dövlətin təşkilini istəyibdir.
Təqribən 200 min nəfər dünən İspaniyanın Barselona şəhərində aksiya keçirərək, yerli rəsmilərdən tez bir zamanda əyalət dövlətinin təşkilini istəyibdir.
Bu aksiyanın iştirakçıları İspaniyanın mərkəzi dövlətini Kataloniyadakı böhranın mühüm hissəsinin müqəssiri kimi təqdim edib və Madrid başçılarından istəyiblər ki, əyalət dövlətinin təşkili barədə yerli rəsmilərlə danışıqlar aparsınlar.
Fransanın sabiq baş naziri Manuel Valls qeyri-separatçı, sosialist və xalq partiyalarının liderlərilə yanaşı bu aksiyada iştirak edib.
Aksiyaçıların əllərində üzərlərində "Biz Kataloniyayıq!", "Biz İspaniyayıq!", "Kataloniya, İspaniyadır!" və "Kataloniya məntəqəsinin fərari başçısı Pucdemon həbs olunmalıdır!" şüarları yazılmış plakatlar olub.
Aksiyanın koordinatorları bir bəyanatda bildiriblər: Biz Kataloniya əhalisinin əksəriyyətini təşkil edirik və separatçılara qalib gələcəyik.
Kataloniyada yerli seçkilərin keçirilməsindən bir neçə ayın keçməsilə hələ bu məntəqənin yerli dövləti təşkil olunmayıbdır.
Kataloniya məntəqəsinin sabiq başçısı Karlos Pucdemon deyib ki, Madridlə müzakrənin başlanacağına ümid etməklə, ayrılmanın elan olunmasında təxir, nəticə vermədi. O, bildirib ki, bu məntəqənin ayrılmasını daha tez elan etməli idi.
O, əlavə edib: Öncə oktyabrın onunda, ayrılmanın elan olunması üçün proqramlaşdırma aparmışdıq, amma bu addımı dayandırmaq qərarına gəldim ki, bu yolla İspaniya dövlətilə müzakirə üçün bir qapı açıq qalmış olsun.