Mart 19, 2018 15:50 Asia/Baku
  • Çin ABŞ-dan öz səhvini düzəltməsini istəyib
    Çin ABŞ-dan öz səhvini düzəltməsini istəyib

Amerika rəsmilərinə Tayvana səfər icazəsi verən qanunun imzalanmasından sonra Çin ABŞ-dan öz səhvini düzəltməsini istəyib.

Amerika prezidenti Donald Trampın Amerikanın yüksək vəzifəli rəsmilərinə Taypeydəki həmkarları ilə görüşmək üçün Tayvana səfər etmək icazəsi verən qanunu imzalamasından sonra Çin şənbə günü ABŞ-dan öz səhvini düzəltməsini istəyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kan Trampın bu qərarına reaksiyada deyib: Çin kəskin tərzdə bu qərara qarşı çıxır.

Kan əlavə edib: Biz amerikalı tərəfdən istəyirik ki, öz səhvini düzəltsin və Tayvan ilə hər cür rəsmi əlaqələrin davam etməsini və hazırkı əlaqələrini yaxşılaşdırmasını dayandırsın.

Ağ Ev cümə günü bildiribdir ki, Tramp, bütün səviyyələrdə Amerika və Tayvan rəsmiləri arasında qarşılıqlı səfərlərin təşviqedicisi olan Tayvana səfər qanununu imzalayıb.

Amerika Pekinin razılığını cəlb etmək məqsədilə Tayvan ilə diplomatik əlaqələrini 1979-cu ildə kəsmişdi. Amma bu ada ilə ticarət əlaqələrini və ona silah satışını qoruyub saxlamışdı və bu məsələ Çini hiddətləndirir.

Çin Tayvanı bu ölkə ərazisinin ayrılmaz hissəsini təşkil edən özünün qiyam etmiş əyaləti hesab edir.

Teqlər