Putin: Rusiya silahlanma yarışı ardınca deyil
-
Putin: Rusiya silahlanma yarışı ardınca deyil
Rusiya prezidenti bildirib ki, Rusiya ABŞ və Qərb ilə silahlanma yarışı ardınca deyil.
Rusiya prezidenti Vladimir Putin özünün dördüncü prezidentlik dövrünün hədəf və proqramlarını elan edərək, deyib ki, Rusiya silahlanma yarışına daxil olmaq üçün heç bir niyyət və proqrama malik deyil və hətta 2018 və 2019-cu illərdə müdafiə xərclərinin azaldılması üzrə layihələrə malikdir.
Rusiya prezidenti bu gün bu ölkənin prezident seçkilərinə digər namizədlərlə görüşdə əlavə edib: Moskva mövcud ixtilafların həlli məqsədilə bütün beynəlxalq şəriklərlə konstruktiv dialoq aparmaq istəyir və bu istək qarşılıqlı olmalıdır.
Rusiya prezidenti həmçinin iqtisadi inkişafı ölkəsinin daxilində özünün ilk iş sərlövhəsi adlandırıb və belə deyib: Rusiyanın infrastrukturlarına daha çox diqqət yetiriləcək, zira bu ölkə xalqının həyat səviyyəsinin yüksəlişində xüsusi rola malik olacaqdır.
Rusiyada yeddinci prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Putin səslərin əksər hissəsini qazanaraq, seçkilərin qalibi olubdur.