ABŞ konqresinin önündə Yəmən savaşına qarşı aksiya keçirilib
Bir qrup mülki fəal ABŞ konqresinin önünə toplaşaraq, Tramp dövlətinin himayəsilə Yəməndə savaşın və bu ölkənin müdafiəsiz xalqının qırğının davam etməsinə etiraz edib.
Aksiyaçılar Ərəbistan rejiminin Yəmən xalqına qarşı savaşının qurbanı olmuş uşaqların xatirəsinə çiçək dəstələri təqdim ediblər.
Mülki fəallar ABŞ dövlətinin Yəmən savaşına müdaxiləsi və ona dəstək verməsinə qarşı çıxaraq, deyiblər ki, Amerika bu savaşda Ərəbistanı himayə etmək yerinə, özünün bütün diploamtik gücündən dinc həll yoluna çatmaq üçün istifadə etməlidir.
Aksiyaçılar habelə ABŞ rəsmilərindən istəyiblər ki, Yəmənin məzlum xalqına humanitar yardımların göndərilməsi üçün təcili addımlar atsınlar.
Ərəbistan rejimi ABŞ-ın dəstəyilə 2015-ci ilin martında Yəmənə təcavüz edərək, bu ölkəni dəniz, hava və qurudan mühasirəyə aldı. Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on minlərlə nəfərin həlak olması və yaralanması, milyonlarla nəfərin də didərgin düşməsinə bais olubdur.