Mart 20, 2018 15:11 Asia/Baku
  • Fransanın keçmiş prezidenti həbs olunub

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci il seçki rəqabətlərindəki maliyyə rüsvayçılığı ittihamı ilə həbs olunub.

Fransa polisi bildirib ki, Sarkozi 2007-ci il seçki rəqabətlərində Liviyanın məhv edilmiş diktatoru Muəmmər Qəzzafidən maliyyə yardımı almaq ittihamı ilə həbs olunaraq, istintaqa cəlb olunubdur.

Liviya 2007-ci il Fransa prezident seçkilərindən öncə Sarkozinin seçki kampaniyasına əlli milyon avro məbləğində pul veribdir.

Deyilənlərə görə, Sarkozi və onun partiyası bank hesablarına əl gəzdiriblər ki, təbliğat xərclərindən on səkkiz milyon avro gizli qalmış olsun.

Sarkozi habelə rüşvət almaq, şəxsi hədəfləri üçün öz rəsmi mövqeyindən sui-istifadə etmək və dövlət sirləri ilə bağlı  ittiham olunur.

Polis rəsmiləri bildiriblər ki, Sarkozi hazırda Nanter şəhər polisi mərkəzində həbsdədir.

Sarkoziyə qarşı məhkəmə işi 2012-ci ildə təşkil olundu, amma onun barəsində təhqiqat dayandırıldı.

 

Teqlər