Mart 20, 2018 18:06 Asia/Baku
  • AB Putinin qələbəsindən narazıdır

Avropa Birliyi Putinin Rusiya prezident seçkilərindənki qətiyyətli qələbəsinə reaksiyada iddia edib ki, bu seçkilər son dərəcə nəzarət olunan bir mühitdə keçirilibdir.

Avropa Birliyi bir bəyanatda bildirib ki, martın 18-də keçirilmiş və nəticədə Putinin dördüncü dəfə prezident olduğu Rusiya prezident seçkiləri siyasi və qanuni baxımından son dərəcə nəzarət olunan bir atmosferə malik idi.

Bu bəyanatda sonra deyilir ki, Rusiya prezident seçkiləri toplantıların keçirilməsində, söz azadlığında, eləcə də seçki namizədlərinin qeydiyyatında məhdudiyyətlərlə müşayiət edilib və nəticədə onda, siyasi iştirak və real rəqabət atmosferi məhdud olubdur.

Bazar günü keçirilmiş seçkilərdə səsvermə şəraitinə malik olan şəxslərin 67 faizindən çoxu, yəni 72 milyon nəfər iştirak edib və seçkilərdə iştirak edən səkkiz namizəd arasından hazırkı prezident Vladimir Putin səslərin 76,6 faizini qazanaraq, seçkilərin qalibi olubdur.

Bununla belə, Avropa Birliyinin bəyanatı bildirir ki, medialarda Putinə qarşı heç bir tənqidin olmaması və geniş işıqlandırma seçkilərdə qeyri-bərabər rəqabət meydanının formalaşması ilə nəticələnibdir.

Avropa Birliyi Rusiya dövlətindən istəyibdir ki, bu hallarla məşğul olsun, zira bu hallar Moskvanın ATƏT-dəki öhdəliklərinə ziddir.

Teqlər