Kabildə partlayış nəticəsində 20-dən çox adam həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i299338-kabildə_partlayış_nəticəsində_20_dən_çox_adam_həlak_olub
Əfqanıstanın paytaxtı Kabil şəhərində novruz şənliyi mərasiminin kənarında "Səxi ziyarətgahı"nın yaxınlığında baş verən terror partlayışı 26 nəfərin həyatına son qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2018 13:42 Asia/Baku
  • 
Kabildə partlayış nəticəsində 20-dən çox adam həlak olub
    Kabildə partlayış nəticəsində 20-dən çox adam həlak olub

Əfqanıstanın paytaxtı Kabil şəhərində novruz şənliyi mərasiminin kənarında "Səxi ziyarətgahı"nın yaxınlığında baş verən terror partlayışı 26 nəfərin həyatına son qoyub.

Bir kamikadze bu gün əhali arasında özünü partladıb.

Deyilənlərə görə, bu şəxs həmin terror əməliyyatını Kabil şəhərinin "Karte Səxi" məntəqəsində yerləşən "Səxi ziyarətgahı"nın içərisində insanlar arasında həyata keçirmək niyyətində olubdur.

Bu terror hücumu novruz şənliyi üçün "Səxi ziyarətgahı"na tərəf gedən insanların hərəkəti yolunda, Kabil universiteti şosesində baş veribdir.

İŞİD də bu hücumun məsuliyyətini öz üzərinə götürübdür.