Conson: Növbəti soyuq müharibə istəmirik
Britaniyanın xarici işlər naziri deyib: Biz yeni soyuq müharibəyə girmək istəmirik, belə bir ifadədən istifadə edilməsini belə, yaxşı görmürəm, soyuq müharibə pis dövr idi.
Britaniyanın xarici işlər naziri ölkəsinin Rusiyaya qarşı təzyiqlərin göstərilməsində öndə getdiyini deyib.
Boris Conson Britaniya parlamentinin xarici komitəsinin dinləmə iclasında Rusiyanın keçmiş agenti Sergey Skripalın zəhərləndirilməsi macərası barədə deyib: Biz Rusiya xalqı ilə əlaqələrimizi davam etdirmək və bu ölkə xalqına dostluq əli uzaltmaq istəyirik, təkidlə bildirirəm ki, aramızdakı çaxnaşma bizimlə Rusiya xalqı arasında deyil, Kreml və Putinlədir.
Boris Conson Rusiya tərəfindən ehtimal olunan təhlükə barədə deyib: Məncə təhlükə Kreml rəsmilərinin fikir tərzindədir. Soyuq müharibə dövrünün tərəflərindən birinin acı hissiyatıdır, keçmiş sovetin yaşadığı taledir. Onlara görə Rusiyanın nüfuz dairəsi bu gün çox zəifləyib və kiçilib. Vladimir Putin təsəvvür edir ki, Rusiya uduzub və məhz buna görə də, o əlindən gələn hər bir yerdə başağrısı törətməyə çalışır, Rusiyanın beləcə qıcıq doğuran hərəkətlərinə Monteneqroda terrora cəhddə müşahidə etdiniz, Avropada seçki rəqabətlərinə müdaxilə və kibernetik müharibəyə cəhdlərdə bunun şahidi oldmuşdunuz. Onlar Rusiyanın görünməli olduğunu düşünürlər, Rusiyanın Suriyadakı təşəbbüslərini də bu istiqamətdə qiymətləndirmək lazımdır. Onlar hərnəyin bahasına olursa olsun dünyanın Rusiyanı ciddiyə almasını istəyirlər. Onun(Putin) əsas tərəf-müqabili biz(Britaniya) deyilik, onun əsas tərəf-müqabilləri Rusiyanın daxilindədirlər, ona görə ki, onlar bu kimi təhqirlərlə Rusiyanın bir daha güclənmiş olduğunu, Rusiyanın intiqam almağa olan gücü və marağını Salisburi kimi yerlərdə belə, nümayiş etdirməyə qadir olan bir fərdin hakimiyyəti altında olduğunu hiss etmək istəyirlər.
Boris Conson Rusiyaya qarşı müharibə barədə verilən suala cavab olaraq deyib: Biz növbəti soyuq müharibəyə girmək istəmirik. Belə bir termindən istifadə edilməsini pis hesab edirəm. Soyuq müharibə dövrü pis dövr idi və mən elə bir dövrdə boya-başa çatdım, mən ölkəmin nüvə hücumu nəticəsində məhv olacağından qorxurdum.