Kəşmirdə 4 nəfər öldürülüb
Hindistanın nəzarətində olan Kəşmirdə Hindistan hərbçilərinin atəşi nəticəsində 4 nəfər həyatını itirib.
SəhərUrdu telekanlının verdiyi məlumata görə, Hindistanın hərbi rəsmiləri bildiriblər ki, dünən Kəşmirin Kəpvarə bölgəsində Hindistan hərbçiləri 4 hücumçunu öldürüblər.
Bu rəsmilərin dediklərinə görə, baş verən toqquşmada bir neçə hind hərbçi də yaralanıb.
Ötən həftədə Kəşmirin Şupiyan bölgəsində Hindistan hərbçiləri 6 nəfəri qətlə yetirdilər.
Bu hücumdan sonra Kəşmir əhalisi Hindistanın təhlükəsizlik qüvvələrinin repressiv əməliyyatları və yerli əhalini qətlə yetirmələrinə qarşı etiraz aksiyası keçirdilər.
Aksiyaçılar Hindistan təhlükəsizlik qüvvələrinin hücumlarını pisləyərək, hərbçilərin ərazini tərk etmələrini istədilər.
Hindistan çoxdandır ki, hərbi bölmələr yerləşdirərək Kəşmirin müəyyən hissələrini öz nəzarətinə alıb və son 30 ildə bu ərazidə 68 min insanı qətlə yetirib.
Kəşmir əhalisi BMT TŞ-nin bu bölgənin müqəddəratının təyin edilməsi üçün referendumun keçirilməsinə dair qətnaməsinin icrasını istəyir.