Moskvadan Consona sərt reaksiya
Rusiyanın Londondakı səfiri dünən bildirib ki, İngiltərə beynəlxalq qanunların pozulması sahəsində pis keçmişə malikdir.
Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko İngiltərəni beynəlxalq səviyyədə ümumi fikri aldatmaqda ittiham edib. O, Londonda keçirdiyi mətbuat konfransında deyib: İngiltərə beynəlxalq səviyyədə ümumi fikri aldatmaqda böyük keçmişə malikdir. Buna görə, bu dövlətin başçılarının sözləri istinadediləsi deyildir. O, Rusiya prezidentini Hitler adlandırmış İngiltərənin xarici işlər naziri Boris Consonu tənqid edərək, bu sözü Rusiya xalqına qarşı aşkar təhqir adlandırıb və belə əlavə edib: İngiltərə hələ rus agent Skripalın və qızının zəhərlənməsində sinir sistemini iflic edən qazdan istifadəyə və həmin macəranın Rusiya ilə bağlı olmasına dair heç bir fakt təqdim etməyibdir.
O, deyib: İngiltərə Avropa Birliyindən çıxdığı üçün dünyada yeni rol almaq istəyir və bu üzdən, Rusiya ilə düşmənçiliyə başlayıbdır.
Rus ekspertlərin nöqteyi-nəzərincə, əgər bu iki nəfər sinir sistemini iflic edən qaz ilə zəhərlənmiş olsaydı, indiyədək ölməli idi.