Fransanın cənubundakı girovgötürmədə 16 nəfər ölüb və yaralanıb
Fransanın cənubundakı bir satış mərkəzində girovgötürmə amili təkfirçi-sionist İŞİD qruplaşmasının üzvüdür. Terror hadisəsi elan olunmuş bu hadisədə dörd nəfər ölüb, 12 nəfər də yaralanıbdır.
Təkfirçi-sionist İŞİD qruplaşmasının üzvü olduğunu bildirən şəxs bir saat bundan öncə Fransanın Trebes şəhərində dörd polisə hücum edib, sonra da bir satış mərkəzinə girdikdən sonra onun müştərilərini girov götürübdür.
Fransa polisi Trebes şəhərindəki bugünkü terror hücumunda dörd nəfərin öldüyü və on iki nəfərin də yaralandığını bildirərək, əlavə edib: Öldürülmüş girovgötürən şəxs İŞİD üzvü olan 25 yaşlı Mərakeş vətəndaşı olub. O, 2015-ci ildə Parisin Bataklan məntəqəsində baş vermiş hadisəni törətmiş terrorçulardan birinin qardaşıdır. O, İŞİD-ə qatılmazdan öncə oğru və qaçaqmalçı olubdur. Fransa polisi həmçinin bildiribdir ki, girov götürülmüş bütün fransızlar azad ediliblər. Girov götürən şəxs qardaşının zindandan azad edilməsini istəmişdi.