Mart 24, 2018 09:26 Asia/Baku
  • Almaniya xarici işlər naziri:Afrinin işğalı qəbulolunmazdır

Almaniyanın xarici işlər naziri dünən Romada italiyalı həmkarı Ancelino Alfano ilə müştərək mətbuat konfransında deyib: Afrin şəhərinin Türkiyə tərəfindən işğalı qəbulolunmazdır.

İRİB-in verdiyi məlumata görə, Hayko Maas deyib: Almaniya Afrinin həmişəlik olaraq Türkiyə tərəfindən işğal edilməsi ilə razılaşmayacaq. 

Bu mətbuat konransında İtaliyanın xarici işlər naziri də bildirib ki, Türkiyə qüvvələrinin Afrinə hücumu nigarançılıqlara səbəb olub. 

Afrin şəhəri Suriyanın şimalında yerləşir. Bu şəhər  bazar günü Türkiyə ordusu tərəfindən işğal edildi. 

Türkiyə ordusu "Azad Suriya ordusu" adlanan silahlı qrup ilə birlikdə cari il yanvarın 20-də Suriyanın şimalına qarşı hərbi əməliyyata başladı. Türkiyə bu əməliyyatda məqsədin PKK, PYD və YPG kimi kürd yaraqlıları ilə mübarizədən ibarət olduğunu bildirmişdir. 

Teqlər