Qırğızıstanlı sabiq general qaçıb
Qırğızıstan Ali Hərbi Məhkəməsinin keçmiş sədri bu ölkənin məhkəmə aparatı tərəfindən ona qarşı həbs hökmü verildikdən sonra aradan çıxıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Qırğızıstan Ali Məhkəməsinin Nurlanbəy Şimbayev barəsindəki həbs hökmü, Məhkəmə Aparatının Ali Hərbi Məhkəmənin keçmiş sədrini təhlükəsizlik rəsmilərindən olan Denir Dunğanovdan rüşvət tələb etməsi ittihamında suçlu tanımasından sonra çıxarılıb.
Bu məlumata görə, Şimbayev Dunğanovdan ona bəraət vermək üçün 50 min dollar tələb edib.
Şimbayev bu hökmdən dərhal sonra aradan çıxıb.
Qırğızıstanda yüksək çinli rəsmilərinə qarşı korrupsiya ittihamı ilə məhkəmə işlərinin başlanması bu ölkənin yeni prezidenti Suronbay Cinbəyovun Korrupsiya ilə mübarizə proqramı çərçivəsində həyata keçir.