Londonda Yəmən müharibəsi əleyhinə aksiya keçirilib
Yüzlərlə insan haqları müdafiəçisi və siyasi fəal Ərəbistanın Yəmənə qarşı hücumlarının üçüncü ildönümü münasibətiilə Londonda aksiya təşkil və Britaniyanın təcavüzkar tərəfi silahlandırmasına etiraz edib.
İRNA-nın verdiyi məlumata görə, bazar ertəsi günü Londonun Trafalqar meydanından başlayaraq, baş nazirlik ofisinin önünə kimi davam edən yürüşdə üzərinə "Müharibəni dayandırın", "Ərəbistana silah satışını dayandırın" və "Nəyə görə Yəmən xalqına qarşı kasset bombalarından istifadə edilir?" şüarları yazılmış plakatlar daşınıb.
Aksiya iştirakçıları Ali-Səud rejiminin Yəmən başda olmaqla Yaxın Şərqdə törətdiyi cinayətləri qınayıblar.
Britaniya hökuməti Ərəbistanın Yəmənə qarşı hərbi təcavüzlərə başladığı zamandan Ali-Səud rejiminə 4 milyard funtluq silah satışının həyata keçirilməsi barədə göstəriş verib. Həmçinin, Ərəbistan hərbçilərinə xüsusi təlimlərin keçirilməsində də Britaniya önəmli rola malikdir.
Ərəbistan ABŞ-ın dəstəyi ilə 25 mart 2015-ci il tarixində Yəmənə qarşı müharibəyə başlayıb. Ərəbistan Yəməni havadan, qurudan və dənizdən mühasirəyə alaraq, bu ölkəni amansız hücumlarının hədəfinə çevirib.
Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən iqtidara qaytarmaq bəhanəsi ilə Yəməni xarabalığa çevirən Ali-Səud rejimi on minlərlə insanın ölməsi və milyonlarla insanın yaşayış yerini itirməsinə səbəb olub.
Həmçinin, Ərəbistanın Yəmənə qarşı başlatdığı savaş bu ölkənin ərazaq və dərman qıtlığı ilə üzləşməsinə səbəb olub.
Bütün bunlara baxmayaraq, Yəmən xalqının müqaviməti Ərəbistanın öz çirkin məqsədinə nail olmasına imkan verməyib.