ABŞ rus diplomatların çıxarılmasını əsaslandırmaq üçün yalan ittihamlara üz tutub
https://azeri.sahartv.ir/news/dünya-i300014-abŞ_rus_diplomatların_çıxarılmasını_əsaslandırmaq_üçün_yalan_ittihamlara_üz_tutub
ABŞ-ın BMT-dəki nümayəndəsi Rusiya diplomatlarının çıxarılmasını əsaslandırmaq üçün onların casusluqla məşğul olduqlarını iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2018 08:17 Asia/Baku
  • ABŞ rus diplomatların çıxarılmasını əsaslandırmaq üçün yalan ittihamlara üz tutub
    ABŞ rus diplomatların çıxarılmasını əsaslandırmaq üçün yalan ittihamlara üz tutub

ABŞ-ın BMT-dəki nümayəndəsi Rusiya diplomatlarının çıxarılmasını əsaslandırmaq üçün onların casusluqla məşğul olduqlarını iddia edib.

Röyters-in verdiyi məlumata görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli ölkəsinin Rusiya diplomatlarının çıxarılması ilə bağlı qərarını əsaslandırmaq üçün rusların hətta BMT-də belə casusluqla məşğul olduqlarını və bunun qəbuledilməz olduğunu deyib.

Niki Heyli bir neçə digər ölkənin də Rusiyanın bu rəftarından narazı olduğunu və Moskvanın bu xüsusda cavabdeh olmalı olduğunu deyib.

Avropa Birliyinə üzv 14 ölkə, Kanada və Ukrayna da bazar ertəsi günü Britaniyanı dəstəkləmək məqsədi ilə Vaşinqtonun yolu ilə gedərək, Rusiya diplomatlarından bir qrupunu ölkədən ixrac ediblər.

Qərb dövlətlərinin bu hərəkətinə baxmayaraq Moskva keçmiş casus Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı ittihamları rədd edərək, bu xüsusda araşdırmaların aparmasında əməkdaşlığa hazır olduğunu bildirib.

Buna baxmayaraq London heç bir fakt təqdim etmədən baş vermiş hadisədə Moskvanı günahlandırır.