Putin: Kemerovdakı yanğın cinayət tərkibli əməldir
Rusiya prezidenti çərşənbə axşamı Kemerov şəhərində "Zimnıy Vişnya" ticarət mərkəzində çıxan yanğınla bağlı dəyərləndirməsində bu hadisəni cinayət tərkibli əməl adlandırıb.
Röytersin Moskvadan verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin çrəşənbə axşamı deyib: Kemerov şəhərində çıxan yanğın cinayət tərkibli hadisə olub.
64 nəfərin ölməsinə səbəb olan yanğının səbəbləri ilə bağlı araşdırmaların davam etməsinə baxmayaraq, Putin bu hadisənin cinayət tərkibli əməl olduğunu deyib.
Araşdırmaların ilkin nəticələrinə görə, ticarət mərkəzinin mühafizəçilərindən biri yanğından az öncə yanğınla bağlı təhlükə siqnalını qeyri-fəal edib. Həmçinin, ticarət mərkəzinin yanğın-çıxış qapıları da qeyri qanuni olaraq bağlı olub.
Kemerov şəhərində "Zimnıy Vişnya" ticarət mərkəzində çıxan yanğın zamanı həyatını itirənlərdən çoxu uşaq olub. Yanğın 4 mərtəbəli ticarət mərkəzinin üst mərtəbələrində başlayıb. Bu da yanğının başlamasından az sonra ticarət mərkəzinin tavanının çökməsinə səbəb olub.
Ticarət mərkəzinin təhlükəsizliyinə görə cavabdeh olan şirkətin rəsmiləri hazırda istintaqa cəlb olunublar.
Rusiya rəsmiləri Kemerov şəhərində çıxan yanğının ardınca ölkədə 3 gün matəm elan ediblər.
Çin xəbər agentliyinin Moskvadan verdiyi məlumata görə, çərşənbə axşamından etibarən cümə axşamına kimi Rusiyada 3 gün müddətinə matəm elan edilib. Bu xüsusda lazımi qərar Kemerov şəhərinin meri Aman Tuleyev tərəfindən imzalanıb.
Matəm günlərində Rusiya bayrağı və Kemerov məntəqəsinin bayrağı yarı endiriləcək.
Ümumi matəmlə bağlı bəyanatda bütün telekanallar, radio kanalları, təşkilatlar və qrumlara bütün əyləncə proqramlarını ləğv etmələri tövsiyə olunub.
Bazar günü Sibirin cənub-qərbində, Kemerov şəhərində bir ticarət mərkəzində çıxan yanğın hadisəsində 64 nəfər həyatını itirib. Hadisə qurbanları əsasən uşaqlardır. Bu yanğın hadisəsi ötən illərdə Rusiyada baş verən ən öldürücü yanğın hadisəsi olub.