Çin və Avropa Birliyi Trampın taarif müharibəsi qarşısında alternativ addımlar atacaqlar
Çin və Avropa Birliyi ABŞ-a idxal olunan məhsullara görə gömrük rüsumlarının alınması üzrə Birləşmiş Ştatlar hökumətinin qərarına reaksiyada 2016-cı ildə sakinlərinin Donald Trampa səs verən ştatlara cəzalar tətbiq etmək üçün tədbirlər görəcəklər.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Çinin intiqam xarakterli tədbirləri hər halda ABŞ-da kənd təsərrüfatı məhsulları istehsal edən və respublikaçıların tərəfdarı olmaqda məşhurlaşan ştatları hədəf alacaq.
Pekin 128 ABŞ məhsulu, xüsusilə də meyvə və ət məhsulu üzrə siyahı hazırlayıb. Vaşinqtonla müzakirələr nəticəyə çatmadıqda bu məhsulların Çinə idxalı zamanı 15-25% gömrük rüsumu tətbiq olunacaq.
Bu hərəkət ABŞ-ın ötən həftə qüvvəyə minən polad və alüminium idxalına görə, gömrük rüsumlarının alınması üçün ABŞ hökumətinin qərarına reaksiyadır. Tramp həmçinin hədələyib ki, idxal olunan Çin məhsullarına 60 milyard dollar dəyərində əlavə rüsum tətbiq edəcək.
Avropa Birliyi də onlarla ABŞ məhsulunun siyahısını hazırlayıb. Ehtimal üzrə bu məhsullara gömrük rüsumları tətbiq olunacaq. Tütün, düyü, portağal şirəsi, püstə kimi kənd təsərrüfatı məhsulları və motosiklet bu siyahıda yer alıblar. Bu məhsullar əsasən Respublikaçıların tərəfdarı olan ştatlarda istehsal olunur.
Hazırda Vaşinqton Çin və Avropa Birliyi ilə müzakirələr aparmaqdadır.