Foreign Policy: Tramp və Bin Salman hər ikisi bir bezin qırağıdır
ABŞ-da çıxan bir jurnal bu ölkə prezidenti və Ərəbistan vəliəhdini reallığı əks etdirməyən siyasətlər yürütdüyünə görə bir bezin qırağı adlandırıb.
Foreign Policy bir məqalədə bildirib: ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman proqnoz edilməyəcək siyasətlər yürüdürlər. Hansı ki, bu siyasətlərin şəxsi cəhəti vardır və ABŞ və Ərəbistanın strateji münasibətləri ilə bağlı prinsipiallıqdan uzaqdır.
Foreign Policy əlavə edib: İqtidara gəlməsindən 14 ay keçən Donald Tramp ABŞ-ın Federal Təhqiqat Bürosundan tutmuş Dövlət Departamentinə qədər narazılığa səbəb olmuşdur.
Məhəmməd Bin Salman da Tramp kimi proqramsız və hesablanmamış qərarlar, o cümlədən Yəmənə hücum, Qətərin mühasirəsi, Livan baş naziri Səd Həririnin Ərəbistanda məcburi şəkildə saxlanmasına qədər qəribə qərarlara imza atmışdır.
Foreign Policy xatırladıb: Bin Salmanın tələsik siyasətləri onun çaşqınlığını göstərir.
ABŞ jurnalının yazdığına görə, Ər-Riyadın proqnoz edilməyəcək hərəkətləri Trampın prezidentliyi dövründə ABŞ-ın siyasətlərinə daha çox bənzəyir.