Tramp daha bir nazir dəyişikliyi etdi
Mart 29, 2018 12:27 Asia/Baku
ABŞ prezidenti donald tramp çərşənbə günü axşam tvitterdə açıqladığı fərmanı ilə veteran hərbçilərlə iş üzrə nazir Deyvid Şulkini vəzifəsindən kənarlaşdırıb və yerinə öz şəxsi həkimi Roni Ceksonu təyin edib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ Senatı Ceksonun bu vəzifəyə təyin olunmasını təsdiq etdikdən sonra, yeni nazir səlahiyyətlərinin icrasına başlaya biləcək.
Bu, ötən həftələr ərzində Trampın tvitter vasitəsi ilə nazirlər kabinetinin tərkibinə etdiyi üçüncü dəyişiklikdir.
Tramp prezident olduğu 15 ay ərzində çoxlu sayda dövlət rəsmisini kənarlaşdırıb. Həmçinin, bu müddət ərzində bir çox dövlət rəsmisi istefa verərək, Trampın komandasını tərk edib.