Tramp ABŞ qüvvələrinin Suriyadan çıxması haqda iddia etdi
https://azeri.sahartv.ir/news/dünya-i300240-tramp_abŞ_qüvvələrinin_suriyadan_çıxması_haqda_iddia_etdi
ABŞ prezidenti Donald Tramp cümə axşamı günü iddia edib ki, amerikalı qüvvələr tezliklə Suriya ərazisini tərk edəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2018 04:12 Asia/Baku
  • Tramp ABŞ qüvvələrinin Suriyadan çıxması haqda iddia etdi
    Tramp ABŞ qüvvələrinin Suriyadan çıxması haqda iddia etdi

ABŞ prezidenti Donald Tramp cümə axşamı günü iddia edib ki, amerikalı qüvvələr tezliklə Suriya ərazisini tərk edəcəklər.

İRNA-nın məlumatına görə, Ohayo ştatında çıxış edən Tramp deyib: Tezliklə Suriya ərazisini tərk edəcəyik. 

"Öz ölkəmizə qayıtmalıyıq" deyən ABŞ prezidenti əlavə edib: Yaxın Şərqdə 7 trilyon dollar xərclədik. Lakin heç bir nəticə almadıq. 

ABŞ-ın sabiq hökumətlərini tənqid edən Tramp deyib: ABŞ-ın hazırkı durumu belədir ki, bir çox cəhətlərdən dünyanın üçüncü ölkəsinə bənzəyirik. Bu utandırıcıdır. 

ABŞ prezidentinin bu açıqlaması elə bir şəraitdədir ki, Dövlət Departamentinin sözçüsü Heither Nauert bir saat sonra gündəlik mətbuat konfransında ABŞ qüvvələrinin Suriyadan çıxmasına dair hər hansı plan haqda məlumatlı olmadığını bildirib.