Çin və Cənubi Koreya rəsmiləri Şimali Koreya haqda məsləhətləşiblər
Çin və Cənubi Koreyanın yüksək səviyyəli rəsmiləri cümə axşamı günü Seulda Şimali Koreyanın nüvə proqramı və bu ölkənin atom və raket proqramının dayandırılması yolları haqda məsləhətləşmə aparıblar.
Cənubi Koreya informasiya agentliyinin məlumatına görə, Cənubi Koreyaya səfər etmiş Çin Dövlət Şurasının üzvü Yanq Jieçi cümə axşamı günü Cənubi Koreya Milli Təhlükəsizlik Komitəsinin müşaviri Çun Eyu Yonqla Koreya yarımadasının prosesləri haqda müzakirə aparıb və Şimali Koreya lideri Kim Çen Inın Pekinə son səfəri haqda məlumat verib.
Bu görüşdə iki tərəf Şimali Koreyanın nüvə tərksilahı, Koreya yarımadasında sülhün qorunması və iki koreya liderlərinin görüşünün təşkil olunması haqda danışıqlar aparıb.
Koreya rəsmisi bu görüşdə deyib: İki Koreya rəsmilərinin işçi qrupunun iclası cümə axşamı günü Panmuncum sərhəd kəndində keçirildi və iki ölkə iki Koreya liderlərinin görüşünün 27 apreldə həmin bölgədə olması üzrə razılığa gəldilər.
Cənubi Koreyada iki Koreya liderinin danışıqları Şimali Koreya liderinin Cənubi Koreya ərazisində iştirak etdiyi ilk iclasdır.
Şimali və Cənubi Koreyanın öncəki iki iclası 2000 və 2007-ci illərdə keçirilib.