4 Avropa ölkəsi Ukraynanın şərqində atəşkəsin bərpa olunmasını istədi
-
4 Avropa ölkəsi Ukraynanın şərqində atəşkəsin bərpa olunmasını istədi
Rusiya, Fransa, Ukrayna prezidentləri və Almaniya kansleri birgə bəyanatda xristianların Pasxa bayramı vaxtında Ukraynanın şərqində müvəqqəti atəşkəsin bərpa olunmasını istəyiblər.
Ortodoks xristianları 8 apreli Pasxa bayramı kimi qeyd edirlər.
İRNA-nın məlumatına görə, Normandi qrupunun dövlət başçıları Vladimir Putin, Emmanuel Makron, Pyotr Poroşenko və Angella Merkel cümə axşamı günü birgə bəyanat veriblər. Bəyanatda dörd ölkənin Ukraynanın şərqində münaqişənin həlli üçün Minsk razılaşmasına sadiq qaldığı və onun təhlükəsizlik, siyasi, humanist və iqtisadi sahələrdə icra olunması vurğulanıb.
Normandi qrupuna üzv dörd ölkənin başçısı bəyanatda xatırladıblar: Ukraynanın şərqində münaqişə haqda razılaşmaların icrasını sürətləndirmək üçün mümkün yollar gələn aylarda araşdırılacaq.