Ağ Ev və ABŞ hökmətində böhranlı durum
https://azeri.sahartv.ir/news/dünya-i300280-ağ_ev_və_abŞ_hökmətində_böhranlı_durum
Ağ Evin sabiq sözçüsü ABŞ hökumətinin durumunu böhranlı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2018 12:55 Asia/Baku
  • Ağ Ev və ABŞ hökmətində böhranlı durum
    Ağ Ev və ABŞ hökmətində böhranlı durum

Ağ Evin sabiq sözçüsü ABŞ hökumətinin durumunu böhranlı adlandırıb.

Vaşinqton Eqzaminer saytının məlumatına görə, Ağ Evin sabiq sözçüsü Şon Spayser ABŞ hökumətində siyasətçilər arasında böhranlı münasibətləri etiraf edərək deyib: Yenilərdə ABŞ hökumətindən kənarlaşdırılan şəxslərin prezident Trampla yaxşı münasibətləri yox idi. 

Ağ Evin sabiq sözçüsü əlavə edib: Hökumət nümayəndəsi olaraq fəaliyyət göstərmək istəyirsinizsə, Trampla yaxın əlaqələriniz olmalıdır. 

Spayserin sözlərinə görə, dövlət katibi Reks Tillerson, milli təhlükəsizlik müşaviri Herbert Makmaster və təqaüdə çıxmış əsgərlərin kənarlaşdırılmış naziri David Şulkinin Trampla yaxın əlaqələri yox idi.