Bir neçə qərb ölkəsinin səfiri Rusiya XİN-ə çağırılıb
Mart 30, 2018 21:30 Asia/Baku
Rusiya Xarici İşlər Nazirliyi rus diplomatlarını ölkələrindən çıxaran qərb ölkələrinin səfirlərini nazirliyə çağırtdırıb.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya XİN cümə günü Britaniya, Fransa, İtaliya və Almaniya səfirlərini rus diplomatların qovulması haqda izahat vermələri üçün çağırtdırıb.
Rusiya XİN bildirib: Xarici işlər naziri Sergey Lavrov rus diplomatlarını qovan ölkələrin diplomatlarının Rusiya ərazisindən çıxarmağa qərar verib.
Rusiya qərb ölkələrindən səfirlərinin çıxarılmasına reaksiyada cümə axşamı günü qarşılıqlı addımı başlayıb və 60 amerikalı diplomatı Rusiya ərazisindən çıxarıb.
Rusiya XİN bildirib: ABŞ-ın Sankt-Peterburqdakı konsulluğu da bağlanacaqdır.