Tramp mühacirləri Amerikadan çıxardacağı ilə təhdid etdi
https://azeri.sahartv.ir/news/dünya-i300486-tramp_mühacirləri_amerikadan_çıxardacağı_ilə_təhdid_etdi
ABŞ prezidenti bazar günü öncəki hökumətin himayəsi altında olmuş təqribən 1.8 milyon qanunsuz mühacirlə bağlı nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi və sərhədlərə nəzarətin sərtləşdirilməsindən söz açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2018 05:13 Asia/Baku
  • Tramp mühacirləri Amerikadan çıxardacağı ilə təhdid etdi

ABŞ prezidenti bazar günü öncəki hökumətin himayəsi altında olmuş təqribən 1.8 milyon qanunsuz mühacirlə bağlı nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi və sərhədlərə nəzarətin sərtləşdirilməsindən söz açıb.

İRNA-nın məlumatına görə Donald Tramp ABŞ Konqresinin Demokrat üzvləri ilə Meksika sərhədlərinə divar çəkilməsi barədə aparılan danışıqlarda nakam qalmasının ardınca, öz Tvitter səhifəsində  yazıb: "Deka" qanunu ilə bağlı anlaşma ləğv olunur. 

"Deka" ABŞ-ın öncəki prezidenti Barak Obama dövründə qəbul edilmiş bir qanundur. Bu qanun uşaq  yaşlarında ABŞ-a daxil olan və öz taleyi öz əlində olmadığı bir şəraitdə bu ölkəyə mühacirət etməyə məcbur olan insanları himayə altına almışdı.