Apr 02, 2018 17:53 Asia/Baku
  • Lavrov: ABŞ və Qərbin rəftarları Moskva ilə əlaqələrdəki gərginliyin amilidir

Rusiya xarici işlər naziri ABŞ və Qərbin rəftarlarını Moskva ilə əlaqələrdəki gərginliyin amili adlandırıb.

İnterfaks-ın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü deyib: Amerika, Britaniya və digər qərb ölkələri ilə əlaqələrin hazırkı durumu "soyuq müharibə" dövründə olduğundan daha pisdir. 

Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Suriyadan çıxmaq barədə dediklərinə işarə edərək, deyib: ABŞ hərbçilərinin Suriya ərazisindəki iştirakı qeyri-qanuni və BMT nizamnaməsinə ziddir. 

Lavrovun dediyinə görə, Rusiya ilə Qərb dövlətləri arasındakı münasibətlərin korlanmasında Moskva heç bir rola malik deyil. 

O, deyib: Rusiya keçmiş casus Sergey Skripal və onun qızının vəziyyəti ilə maraqlanıb.

Moskva və London münasibətlərindəki gərginlik keçmiş rus casus Sergey Skripal və qızının İngiltərənin cənubunda, Salzberi şəhərində zəhərlənməsinin ardınca xeyli artıb. 

Rusiya Skripal və qızının zəhərlənməsində hansısa rola malik olması ilə bağlı Britaniyanın ittihamlarını rədd edir. 

Teqlər