Quterreş Yəməndə insan faciəsi haqda xəbərdarlıq edib
Apr 03, 2018 16:29 Asia/Baku
-
Quterreş Yəməndə insan faciəsi haqda xəbərdarlıq edib
BMT-nin baş katibi xəbərdarlıq edib ki, Yəmən dünyada ən böyük insan faciəsinin şahididir.
BMT-nin baş katibi Antonio Quterreş bu gün Cenevrədə Yəmənə yardım edən ölkələrin konfransında deyib ki, Yəməndə iyirmi iki milyon nəfərdən çox insan təcili yardımlar almağa ehtiyac duyur.
BMT-nin baş katibi qeyd edib ki, Yəmən didərginlərinin dörddə üçünü uşaqlar təşkil edirlər.
BMT-nin baş katibinin sözlərinə görə, Yəmən xalqının ilkin ehtiyaclarını təmin etmək üçün iki milyard altı yüz milyon dollarlıq yardıma ehtiyac var.
BMT-nin baş katibi həmçinin Yəməndə zərər çəkənlərə yardımın göstərilməsi üçün Səna hava limanı daxil olmaqla Yəmənin bütün aeroportları və limanlarının açılmasını istəyib.