Apr 04, 2018 09:12 Asia/Baku
  • Amerikalı müəllimlər Oklahomada etiraz aksiyası keçirib
    Amerikalı müəllimlər Oklahomada etiraz aksiyası keçirib

Amerikalı müəllimlər çərşənbə axşamı günü ikinci gün ardıcıl olaraq Oklahoma ştatında dövlət məktəblərinin büdcəsi və maaşların artırılması üçün aksiya keçiriblər.

İRİB-in məlumatına görə, Oklahoma ştatı məktəbləri çərşənbə axşamı günü müəllimlərə hörmət və onların etirazlarına görə fəaliyyətini dayandırıb. Bu aksiya müəllimlər birliyi tərəfindən təşkilatlandırılıb. 

Oklahoma 2008-ci il iqtisadi böhranından sonra təhsil büdcəsi azaldılan 12 ştatdan biridir. Lakin iqtisadi şərait yaxşılaşdıqdan sonra hələ də müəllimlərin maaşı və dövlət məktəblərinin büdcəsini artıra bilməyib. 

Bazar ertəsi günü də Kentukki ştatında müəllimlər oxşar aksiya keçiriblər. 

Mart ayında da Virciniya ştatında dövlət məktəblərinin minlərlə müəllimi aksiya keçirib. Bu aksiya ardınca bu ştat müəllimlərinin maaşı ötən dörd ildə ilk dəfə olaraq artırılıb. 

Teqlər