Kanada dünya ictimaiyyətinin Myanma müsəlmanlarının durumuna diqqət yetirməsini istədi
Kanada baş nazirinin Myanma məsələləri üzrə nümayəndəsi dünya ictimaiyyətinin rohinca müsəlmanlarının durumuna xüsusi diqqət yetirməsini istəyib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Kanada baş nazirinin Myanma məsələləri üzrə nümayəndəsi Bob Ray çərşənbə axşamı günü deyib: Rəsmi Ottava rohinca didərginlərinə dəstəyi davam etdirir və başqa ölkələri də bu addıma təşviq edir.
Bob Ray Banqladeş və Myanmadakı ilk araşdırma missiyasından qayıtdığında rohinca didərginlərinə humanitar yardımların artırılması, eləcə də insan haqlarını pozanların müəyyənləşdirilərək onlara sanksiyanın tətbiq edilməsi, ehtimal üzrə onların mühakiməsi üçün əlaqədar sənəd və faktların toplanmasını istəyib.
Kanada baş naziri Castin Trodo da gələn həftələrdə Myanma müsəlmanları haqda iclasın keçirilməsi üzrə Bob Rayın təkliflərini müsbət qarşılayıb.