Çin Dünya Ticarət Təşkilatına şikayət etdi
Çin hökuməti ABŞ-a idxal olunan Çin məhsullarına rüsumların artırıldığına görə, Dünya Ticarət Təşkilatına şikayət edib.
İRNA-nın məlumatına görə, Çin Ticarət Nazirliyi cümə günü bir bəyanatda bildirib: Çin məhsullarına rüsumun artırılması ilə əlaqədar dəyən xəsarət haqda ABŞ-ın Çinlə müzakirədən çəkinməsini nəzərə alaraq, Çin öz qanuni mənafeyi və hüququnu müdafiə etmək məqsədilə bu təşkilatda münaqişələrin həlli prosesini başlamağa məcbur olub.
Çinin Ticarət Nazirliyinin bəyanatında bildirilir: ABŞ-ın Çindən idxal etdiyi məhsullara rüsumların artırılması, çoxtərəfli ticarət sistemində ayrı-seçkiliyin olmaması prinsipi ilə ziddiyyətdədir. Birləşmiş Ştatların Çinin qanuni mənafeyi və gömrük rüsumlarının azaldılması haqda Dünya Ticarət Təşkilatına olan öhdəliklərini pozub.