Rus diplomat: Tereza Meyin məktubu Rusiya əleyhinə sübut olunmamış ittihamlardır
Rusiyanın BMT-dəki nümayəndəsi Salzburi hadisəsində Rusiyanın müdaxiləsi haqda Britaniyanın informasiyalarını naməlum vəziyyətlə üzləşdirib və deyib: Britaniya baş naziri Tereza Meyin BMT-yə məktubu Rusiya əleyhinə isbat olunmamış ittihamları əks etdirir.
İRNA-nın məlumatına görə, Vasili Nebenzya ötən gecə Təhlükəsizlik Şurasının fövqəladə iclasında Britaniya hökumətinə suallar verərək deyib: Rusiya artıq informasiyası olmayan Sergey Skripalı 10 ildən sonra niyə aradan götürməlidir?
Sergey Skripalın zəhərlənməsi mürəkkəb dosyesi haqda çoxlu sualların olduğunu bəyan edərək deyib: Rus adı olmasına rəğmən Noviçok qərbdə zəhərli maddə üçün istifadə olundu. Bir çox ölkələr, o cümlədən ABŞ və İngiltərənin mütəxəssisləri və alimləri ondan istifadə edir.