Apr 06, 2018 14:09 Asia/Baku
  • Çin ABŞ-la ticarət savaşının xərcini ödəməyə hazırdır

Çin hökuməti bu ölkənin ABŞ-la hər hansı ticarət savaşının xərcini ödəməyə hazır olduğunu bildirib.

France Pressin Pekindən verdiyi məlumata görə, Çin hökuməti cümə günü ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan məhsul və xidmətlərin gömrük rüsumlarının 100 milyard dollar artırılmasına dair yeni təhdidinə reaksiyada ABŞ-la xərcindən asılı olmayaraq ticarət savaşında sonuna qədər getməyə hazır olduğunu bildirib.

Çinin Ticarət Nazirliyi bu gün bir bəyanat verərək bildirib: ABŞ Çin və beynəlxalq ictimaiyyətin etirazına etina etməzsə və birtərəfli hərəkətlərinidə israrlı olarsa, Çin bu ticarət savaşını sonuna qədər davam etdirməyə hazırdır.

Bu arada Çin hökuməti ötən gün də Çindən idxal olunan məhsullara rüsumların artırılmasına görə, ABŞ-dan Dünya Ticarət Təşkilatına şikayət edib.

ABŞ-ın Ticarət Nümayəndəliyi Ofisi Çindən idxal olunan 50 milyard dollar dəyərində 1300 məhsula 25%-lik taarifin tətbiq edilməsi üzrə yeni siyahısını yayımlayıb. Bu hərəkət Çinin Maliyyə, Ticarət Nazirlikləri, müəssisələr və ticarət birliklərinin sərt reaksiyası ilə üzləşib.

Teqlər