ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyaları
ABŞ-ın Maliyyə Nazirliyi Rusiya əleyhinə yeni sanksiyalardan xəbər verib.
Əl-Məyadin televiziyasının məlumatına görə, ABŞ-ın Maliyyə Nazirliyi cümə günü Rusiya əleyhinə yeni sanksiyalardan xəbər verib və bildirib: Bu sanksiyalar Rusiyanın 38 iş adamı və rəsmilərinə şamil olur.
ABŞ-ın Maliyyə Nazirliyi QazProm Şirkətinin prezidenti Aleksi Miller və Rusiya Milli Qvardiyasının rəhbərinin adını sanksiyalar siyahısın salıb.
Bu nazirlik Rusiyanın silah ixrac edən Rus Oboron Eksport Şirkətini sanksiyalar siyahısına salıb.
Yeni sanksiyalar siyahısında Rusiyanın Daxili İşlər, Fövəladə Hallar Nazirlikləri, Həbsxanaların məsələləri üzrə idarə və araşdırma komitəsinin 11 generalının adı müşahidə olunur.
Rusiya daxili işlər nazirinin adı da Ukrayna məsələlərinə görə bu sanksiyalara daxil edilib.