Apr 07, 2018 09:15 Asia/Baku
  • ABŞ bir daha TŞ-də İsrail əleyhinə bəyanatın verilməsinə qarşı çıxdı
    ABŞ bir daha TŞ-də İsrail əleyhinə bəyanatın verilməsinə qarşı çıxdı

ABŞ bir daha BMT-nin Təhlükəsizlik Şurasında İsrail rejiminin Qəzzə zolağında fələstinlilərə qarşı cinayətləri ilə bağlı araşdırmaların aparılmasını istəyən qətnamə layihəsini veto edib.

İRNA-nın verdiyi məlumata görə, Fələstinin BMT-dəki nümayəndəsi Ryaz Mənsur cümə günü axşam deyib: Təhlükəsizlik Şurasının 14 üzvünün İsrailin cinayətləri ilə bağlı araşdırmaların aparılması haqda bəyanatın lehinə səs verməsinə baxmayaraq, ABŞ bu bəyanatı veto edib. 

ABŞ ötən bir neçə gündə artıq ikinci dəfədir ki, İsrail rejiminin Qəzzə zolağında fələstinlilərə qarşı cinayətləri ilə bağlı Təhlükəsizlik Şurasında qətnamə layihəsinin qəbul edilməsinə mane olur. 

Küveyt tərəfindən təqdim edilən qətnamə layihəsində İsrail rejiminin Qəzzədə fələstinliləri qırğın etməsi barədə təcili olaraq araşdırmaların aparılması istənilir.

İsrail rejimi ötən cümə günündən başlayan fələstinlilərin "Qayıdış Haqqı"  yürüşlərində indiyə kimi 29 fələstinlini şəhid edib, 3 mindən çox insanı da yaralayıb. 

Teqlər