Moskva: ABŞ-ın sanksiyaları cavabsız qalmayacaq
https://azeri.sahartv.ir/news/dünya-i301026-moskva_abŞ_ın_sanksiyaları_cavabsız_qalmayacaq
Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarının ən qatı formada cavablandırılacağını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2018 05:00 Asia/Baku
  • Moskva: ABŞ-ın sanksiyaları cavabsız qalmayacaq
    Moskva: ABŞ-ın sanksiyaları cavabsız qalmayacaq

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarının ən qatı formada cavablandırılacağını deyib.

Röyters-in verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi cümə günü axşam ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyalarına reaksiya olaraq bildirib: Moskva ABŞ-ın yeni sanksiyalarını və gələcəkdə Rusiya əleyhinə atılacaq istənilən addımı ən qatı formada cavablandıracaq. 

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib: ABŞ-ın Rusiya əleyhinə təzyiqləri Moskvanın öz siyasətlərini dəyişməsinə səbəb olmayacaq. 

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Vaşinqton Rusiya əleyhinə sanksiyalar tətbiq etməklə amerikalı seçicilərə və öz iqtisadi maraqlarına zərbə vurur. 

ABŞ-ın Maliyyə Nazirliyi cümə günü Rusiyanın Qərb demokratiyası ilə düşmənçiliyi adlandırdığı məsələ ilə əlaqədar bu ölkəyə yeni sanksiyalar tətbiq edib və bildirib: Bu sanksiyalar 38 rusiyalı iş adamı və siyasətçini əhatə edir. 

ABŞ-ın Maliyyə Nazirliyi "Qazprom" şirkətinin başçısı Aleksey Miller və Rusiya Milli Qvardiyasının başçısının adlarını da sanksiyalar siyahısına daxil edib. 

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın silah ixrac edən "Ros Oboron Eksport" şirkətini də sanksiyalar siyahısına daxil edib. 

ABŞ-ın yeni sanksiyalar siyahısında Rusiyanın 11 generalının adı da var. Bu generallar Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Zindanlara nəzarət idarəsinin əməkdaşlarıdırlar. 

Rusiyanın daxili işlər naziri də Ukrayna olaylarına görə sanksiyalara məruz edilib. 

Qərb ölkələri 2014-cü ildən başlayaraq Rusiya əleyhinə sanksiyalar tətbiq edirlər.