ABŞ Suriyada terrorçuların kimyəvi hücumundan sui-istifadə edir
ABŞ Dövlət Departamenti Şərqi Qutədə Duma bölgəsində kimyəvi hücumdan nigaranlıq iddiası ilə hücumu Suriyaya aid etməklə bir daha terrorçuları dəstəkləməyə çalışıb.
Röytersin məlumatına görə, ABŞ Dövlət Departamenti bazar günü bir bəyanatda iddia edib: Suriyanın Duma bölgəsinə kimyəvi hücum haqda məlumatlar izlənilir və Suriya hökumətinin bu ölkə vətəndaşlarına qarşı kimyəvi silahlardan istifadə etməsi inkar ediləsi deyildir.
ABŞ Dövlət Departamenti bu bəyanatda həmçinin iddia edib ki, Rusiya Suriya vətəndaşlarının kimyəvi silahlarla atəşə tutulmasında məsuliyyət daşıyır.
Rusiya Müdafiə Nazirliyi şənbə günü Ceyşül-İslam adlı terror qruplaşmasının kimyəvi qazla Duma bölgəsinə hücumu haqda xəbərdarlıq etmişdi.
Terrorçular ötən gecə kimyəvi qazla Duma bölgəsində sivillərə hücum ediblər.
Bu hücumda təxminən 100 nəfər ölüb, yüzlərlə nəfər yaralanıb.