Rusiya MN: Dumada kimyəvi hücumdan heç bir əsər-əlamət yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i301414-rusiya_mn_dumada_kimyəvi_hücumdan_heç_bir_əsər_əlamət_yoxdur
Rusiya Müdafiə Nazirliyi ötən gecə bildirib: Rusiya ordusu Suriyanın Şərqi Qutə bölgəsində Duma şəhərinə kimyəvi hücumdan heç bir əsər-əlamət tapa bilməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2018 05:08 Asia/Baku
  • Rusiya MN: Dumada kimyəvi hücumdan heç bir əsər-əlamət yoxdur
    Rusiya MN: Dumada kimyəvi hücumdan heç bir əsər-əlamət yoxdur

Rusiya Müdafiə Nazirliyi ötən gecə bildirib: Rusiya ordusu Suriyanın Şərqi Qutə bölgəsində Duma şəhərinə kimyəvi hücumdan heç bir əsər-əlamət tapa bilməyib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib: Müfəttişlər hətta xəstəxanalarda da kimyəvi maddələrlə zəhərlənən bir şəxsi tapa bilməyiblər. 

Dumada şəhərində yerləşən Ceyşül-İslam terrorçuları şənbə gecə Dəməşqi Duma şəhərinə kimyəvi hücum və 150 sivilin həlak olmasında suçlayıblar. Suriya hökuməti bu ittihamı qətiyyətlə rədd edib. 

Rusiya Müdafiə Nazirliyi bildirib: Dumada kimyəvi hücumun qurbanları adı ilə virtual aləmdə yayımlanan kadrlar saxta olmuşdur. 

Rusiya Müdafiə Nazirliyi bazar günü də bildirib: Dumada kimyəvi hücum haqda irəli sürülən iddialar terrorçuların hərəkətlərini ört-basdır etmək və Suriyada xarici hərbi iştirakı əsaslandırmaq məqsədilə həyata keçirilir.