Almaniya aeroportlarında minlərlə sərnişin naməlum vəziyyətdə qalıb
https://azeri.sahartv.ir/news/dünya-i301518-almaniya_aeroportlarında_minlərlə_sərnişin_naməlum_vəziyyətdə_qalıb
Almaniyada aeroportlar və dövlət sektorları işçilərinin tətil aksiyasını davam etdirməsi ilə bu ölkənin dörd aeroportu, o cümlədən Frankfurt hava limanında minlərlə sərnişin naməlum vəziyyətlə üzləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2018 18:31 Asia/Baku
  • Almaniya aeroportlarında minlərlə sərnişin naməlum vəziyyətdə qalıb
    Almaniya aeroportlarında minlərlə sərnişin naməlum vəziyyətdə qalıb

Almaniyada aeroportlar və dövlət sektorları işçilərinin tətil aksiyasını davam etdirməsi ilə bu ölkənin dörd aeroportu, o cümlədən Frankfurt hava limanında minlərlə sərnişin naməlum vəziyyətlə üzləşib.

Röytersin məlumatına görə, Lufthanza şirkəti bildirib: Bazar ertəsi günü 800-dən çox, çərşənbə axşamı günü isə 1600 uçuşu ləğv edib.

Almaniyanın ən böyük aeroportu olan Frankfurt aeroportunun operatoru da uçuşlarda problemin yaranması haqda xəbərdarlıq edib.

Frankfurtdan əlavə, Münhen, Köln və Bermen aeroportlarında da minlərlə sərnişin naməlum vəziyyətlə üzləşib.

Tətil aksiyaları, tullantıların toplanması kimi başqa sektorların da fəaliyyətini problemlə üzləşdirib.

Tətil aksiyalarının 13 aprelədək davam edəcəyi bildirilir.

Aksiyaçılar maaşların 6% artırılmasını istəyirlər.