Rusiya: Duma şəhərində kimyəvi silahdan isitfadə imitasiyası "ağ papaq"ların işi olub
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əsas Əməliyyat İdarəsinin rəis müavini Suriyanın Şərqi Qutə məntəqəsində yerləşən Duma şəhərindəki kimyəvi hücumu imitasiya adlandırıb və deyib: Bunu "ağ papaqlar" adlı təşkilat edib.
İRNA-nın məlumatına görə, general Viktor Poznixir çərşənbə günü deyib: "Ağ Papaqlar" adlı təşkilat mühasirədə olan terrorçuların və onların himayədarlarının əməkdaşlığı ilə Duma şəhərində kimyəvi hücum səhnəsi yaradıblar.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əsas Əməliyyat İdarəsinin rəis müavini Şərqi Qutədə terrorçulara məxsus tunellərdə kimyəvi maddələrin istehsal edildiyi mərkəzin aşkar edildiyini bildirib və deyib: Terrorçular təhrikedici addım atmaq istəyirdiklər. Amma, Suriya ordusu və Rusiyanın Barışıq Mərkəzi vaxtında bu planı zərərsizləşdirməyi bacarıb.