Apr 12, 2018 15:31 Asia/Baku
  • Kəşmirdə gərginlik artır

Hindistan hərbçilərinin Kəşmirin müxtəlif məntəqələrində müsəlman əhaliyə qarşı hücumlarını artırması ilə bölgədə vəziyyət xeyli gərginləşib. Hindistan hərbçilərinin əhaliyə atəş açması nəticəsində xeyli sayda ölən və yaralanan var.

Asoşeyted Press-in Sringerdən verdiyi məlu mata görə, dünən Kəşmirdə Hindistan ordusu ilə müsəlman əhali arasında çıxan toqquşmalarda 6 kəşmirli öldürülüb. Çıxan qarşıdurmada bir hərbçinin də öldüyü bildirilir.

Hindistan hərbçilərinin insanlara tərəf atəş açması nəticəsində 68 nəfər də yaralanıb. Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilib.

Kəşmir əhalisinin etiraz aksiyasında Hindistan hökumətinə qarşı şüarlar səsləndirilib. Dinc əhali həmçinin, aksiya iştirakçılarına hücum edən Hindistan hərbçilərinə qarşılıq verərək, onlara tərəf daş atıblar.

Hindistan hökuməti Kəşmir məntəqəsində təhlükəsizlik tədbirlərini üstə səviyyəyə çıxardıb, internet xidməti dayandırılıb, Mobil telefonlar da işləmir.

Kəşmir əhalisi müstəqillik tələb edir və BMT TŞ-nin Kəşmirin taleyini təyin etmə üzrə referendumun keçirilməsi barədəki qətnaməsinin icrasını istəyir.

Teqlər