Merkel: Almaniya Suriyaya qarşı hərbi hücumda iştirak etməyəcək
https://azeri.sahartv.ir/news/dünya-i301728-merkel_almaniya_suriyaya_qarşı_hərbi_hücumda_iştirak_etməyəcək
Almaniya kansleri deyib: Berlin ABŞ və bəzi müttəfiq dövlətlərin o sıradan Britaniya və Fransanın Suriyaya qarşı hücumuna qoşulmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2018 17:01 Asia/Baku
  • Merkel: Almaniya Suriyaya qarşı hərbi hücumda iştirak etməyəcək

Almaniya kansleri deyib: Berlin ABŞ və bəzi müttəfiq dövlətlərin o sıradan Britaniya və Fransanın Suriyaya qarşı hücumuna qoşulmayacaq.

AP-nin verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel bu gün Berlində Danimarkanın baş naziri Lares Luke Rasmosen ilə görüşdən sonra keçirdiyi müştərək mətbuat konfrasında etdiyi çıxışında Suriya ilə əlaqədar hərhansı qərarın araşdırılmalı olduğunu bildirib.

Angela Merkel bu mətbuat konfrasında BMT-nin enerjisinin bir hissəsinin kimyəvi silahların qadağan edilməsi istiqamətində hədər olmasından nigaran qaldığını deyib.

ABŞ və onun Britaniya və Fransa kimi müttəfiqləri terrorçuların iddialarına istinad edərək və heç bir fakt təqdim etmədən Suriya dövlətini kimyəvi hücumda ittiham edirlər.