Apr 13, 2018 12:52 Asia/Baku
  • Hindistan Kəşmirində ümumi tətil davam edir
    Hindistan Kəşmirində ümumi tətil davam edir

Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsinin sakinləri Hindistan təhlükəsizlik qüvvələrinin bu məntəqədəki cinayətlərinə etiraz olaraq, tətil keçiriblər.

Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsində tətil ardıcıl surətdə neçənci dəfədir ki, bu məntəqə əhalisinin yaşayışını pozur və məntəqədəki əksər təhsil və ticarət mərkəzləri bağlıdır.

Hindistanın təhlükəsizlik qüvvələri də Kəşmirin müxtəlif məntəqələrində, o sıradan Srinaqar şəhərində komendant saatı tətbiq ediblər; bununla belə, Srinaqardakı vəkillər cəmiyyətinin üzvləri aksiya keçirərək, hind hərbçilərin cinayətlərini pisləyiblər.

Kəşmirdə "Huriyyət Konfransı"nın başçılarından olan Muhəmməd Yasin Məlik və Mir Vaiz Ömər Faruq Hindistanın təhlükəsizlik qüvvələrinin hücumlarının davam etməsinə etiraz edərək,  bu məntəqə əhalisindən istəyiblər ki, hind hərbçilərin cinayətlərini pisləsinlər.

Çərşənbə günü Kəşmirin cənubunda hind hərbçilərlə kəşmirli etirazçılar arasında baş verən toqquşmada altı kəşmirli ölüb və altmışdan çox nəfər də yaralanıbdır.

Hindistan illər boyudur ki, minlərlə hərbçi yerləşdirərək, Kəşmirin bir sıra məntəqələrini öz nəzarəti altına alıb və otuz il ərzində 68 min nəfəri qətlə yetiribdir.

Kəşmir əhalisi BMT Təhlükəsizlik Şurasının Kəşmirin vəziyyətinin müəyyən edilməsi üzrə referendumun keçirilməsi haqdakı qətnaməsinin icrasını istəyir.

Teqlər