Apr 13, 2018 15:48 Asia/Baku
  • Fransa polisi Sorbon universitetinə hücum edib
    Fransa polisi Sorbon universitetinə hücum edib

Fransa polisi Sorbon universitetinin tələbələrinə hücum edib

Sorbon universiteti tələbələrinin bu universitet qarşısındakı aksiyalarının ardınca Fransanın xüsusi təyinatlı polis dəstəsi qeyri-adi bir hərəkətdə aksiyaya hücum edərək, universiteti bağlayıb və bütün tələbələr universitetdən boşaldılıbdır.

Fransalı tələbələr Sorbon universitetinin önünə toplaşaraq, polisə və azadlığın olmamasına qarşı şüarlar veriblər. Fransa dövlətlə müxalif olan fransız tələbələr öz ölkələrində azadlıq və islahatlar tələb edirlər.

Tələbələr dövlət tərəfindən təhsil sistemində aparılmış islahatlara və universitetlərin qarışıq durumuna etiraz olaraq, bir neçə gündür ki, bütün Fransada etiraz aksiyaları keçirirlər.

Bəzi mənbələr deyirlər ki, bir qrup tələbə həbs olunubdur.

Teqlər