Apr 15, 2018 14:52 Asia/Baku
  • Amerikalı senatorlar Trampın qərarına etiraz ediblər
    Amerikalı senatorlar Trampın qərarına etiraz ediblər

Amerikalı senatorlar ABŞ prezidenti Donald Trampın Suriyaya hücumla bağlı qərarını qeyri-qanuni adlandırıblar.

Nyu-York Tayms yazır: Demokrat senator Tim Kin ABŞ prezidenti Donald Trampın Konqresin qərarı olmadan Suriyaya hücumla bağlı göstəriş verməsini qeyri-qanuni adlandırıb və deyib: Trampın bu hərəkəti təhlükəli tendensiyaya çevrilə biər.

Respublikaçı konqresmen Ed Ruis isə rəhbərlik etdiyi xarici işlər komitəsinin qarşıdan gələn günlər ərzində ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətlərini araşdırmaq üçün iclas keçirəcəyindən xəbər verib.

ABŞ Senatında azlıqda olan demokratlar fraksiyasının rəhbəri senator Çak Şumer də Suriya hökumətinə qarşı iri miqyaslı müharibə barədə xəbərdarlıq edib.

Kentaki Ştatından Konqresmen Tomas Misi də Tvitterdə paylaşdığı yazıda, prezidentə Suriyaya hərbi müdaxilə icazəsi verən qanunu xatırlamadığını deyib.

Teqlər