Apr 16, 2018 21:29 Asia/Baku
  • Sarkisyanın baş nazirliyinə etirazlar davam edir
    Sarkisyanın baş nazirliyinə etirazlar davam edir

Ermənistan vətəndaşlarının bu ölkənin sabiq prezidenti Serj Sarkisyanın Ermənistan baş naziri vəzifəsini tutması planına qarşı etirazları davam edir.

Etirazçılar bu gün dördüncü gün dalbadal dövlət ilə müxalif cinahın lideri Nikul Paçiniyanın istəyilə parlamentə çıxan küçələrdə aksiya keçirərək, bu ölkənin sabiq prezidenti Serj Sarkisyanın Ermənistan baş naziri vəzifəsini tutmasına zəmin yaradılması üzrə səylərə qarşı etirazlarını bildiriblər.

Müxalif cinahın rəhbəri bu aksiyada deyib: Ermənistanda misli görünməmiş bir hadisə baş verməkdədir, zira bir nəfər üçüncü dəfə dalbadal hakimiyyəti yeni bir metod ilə ələ keçirməyə çalışır, lakin biz buna icazə verməyəcəyik.

Ermənistanda hakim partiya olan respublikaçı partiya 63 yaşlı Serj Sarkisyanın bu ölkənin baş nazirliyinə namizədliyini parlamentə təqdim etməlidir.

Bu hərəkət bir qrup Ermənistan vətəndaşının küçə etirazları ilə üzləşibdir.

Teqlər