Apr 17, 2018 11:28 Asia/Baku
  • ABŞ və İngiltərə Rusiyanı kiberhücumda ittiham ediblər
    ABŞ və İngiltərə Rusiyanı kiberhücumda ittiham ediblər

Amerika və İngiltərənin təhlükəsizlik orqanları dünən birgə bəyanat yayaraq, Rusiyanı təxribatçı kiber fəaliyyətlərdə ittiham ediblər.

ABŞ-ın daxili təhlükəsizlik nazirliyi və Federal Təhlükəsizlik Bürosu- FBI, həmçinin İngiltərənin kiber təhlükəsizliyi milli mərkəzi tərəfindən birgə şəkildə yayılan bu bəyanatda iddia olunub ki, Rusiya informasiyaları çıxarmaq və casusluq fəaliyyətləri məqsədilə vasitəçinin hücumu və ya ""ortadakı adam"ın hücumları"nı təşkil etmək üçün hakk roterlərindən istifadə edibdir.

Kibernetika elmində ""ortadakı adam"ın hücumu" bir növ gizli dinləmədir. Bu zaman hücumçu şəxs xüsusi bir şəbəkədə cərəyan edən qarşılıqlı mesajlara nəzarət edir və onları istədiyi kimi dəyişir.

Amerika və İngiltərənin təhlükəsizlik orqanlarının birgə bəyanatı elə bir şəraitdə yayılır ki, bundan öncə Pentaqon-un sözçüsü Dana Vayt üç Qərb ölkəsi koalisiyasının Suriyaya qarşı hücumundan sonra Moskva kiber informasiya kampaniyasının fəaliyyətinin iki min faizlik artdığını iddia etmişdi.

Teqlər